Myanma lideri BMT-nin toplantısına getməyəcək - TƏNQİDLƏRDƏN ÇƏKİNİR
15:55 – 13 Sentyabr, 2017

Myanma lideri Aun San Su Ci BMT Baş Assambleyasının sessiyasında iştirak etməyəcək.

APA TV-nin "Euronews"a istinadən məlumatına görə, bu qərarın səbəbləri hələlik açıqlanmasa da, müşahidəçilər Nobel mükafatı laureatının Rakhayn ştatında baş verənlərə şəxsən nəzarət etmək istədiyini güman edir.

Xatırladaq ki, Myanma hakimiyyəti Rohingiyada baş verənlərdən sonra beynəlxalq ictimaiyyətin tənqidləri ilə üzləşib. Bundan sonra məsələnin BMT Təhlükəsizlik Şurasında müzakirəsi qərara alınıb.

BMT-dən verilən məlumata görə, burada əsas məqsəd Myanma hökumətinə ölkədəki zorakılığın dayandırılması ilə bağlı rəsmi ultimatumun göndərilməsindən ibarətdir.

Qeyd edək ki, son hadisələr səbəbindən Rohingiyadan Banqladeşə pənah gətirən qaçqınların sayı 370 min nəfəri ötüb. BMT, İndoneziya və qonşu dövlətlər qaçqınlara humanitar yardımlar edilməsilə məşğuldur.

 

X

XƏBƏRLƏR
BÖYÜT