Bankomat oğruları: "Seyfi aça bilmədik"
16:31 – 13 Sentyabr, 2017

Sumqayıtda bankomat oğruları saxlanılıb.

 

APA TV-nin xəbərinə görə, Corat qəsəbəsi ərazisində quraşdırılan bankomatların birindən külli miqdarda pulu oğurlamağa cəhd edən şəhər sakinləri Elnur Tağıyev, İlqar Səfərov və onun qardaşı Tural Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıblar.

 

Saxlanılan şəxslər hadisədən bir neçə gün əvvəl həmin bankomatın yanına gələrək müşahidə aparıblar. Ərazinin tam boş olduğu saatı biləndən sonra özləri ilə lazımı avadanlıqlar gətirərək bankomatın içində olan seyfi qırmağa cəhd ediblər. Bir neçə dəqiqəyə əsas qapını açıb içəri keçsələr də, seyfi aça bilməyiblər.

   

Saxlanılan Elnur Tağıyev törətdikləri cinayəti etiraf edib: "Özümüzlə bütün avadanlıqları gətirmişdik. Plan qurduq, vaxt müəyyən etdik. Seyfi aça bilmədim". 

 

Saxlanılan Tural Səfərov da eyni məzmunlu ifadə verib: "Danışıb getdik bankomat yarmağa. Seyfi aça bilmədik". 

 

Qeyd edək ki, dəstə üzvləri saxlanılan zaman onların yaşadıqları ünvanlardan qeyd edilən cinayət hadisəsini törədən zaman istifadə etdikləri dəmir alətlər maddi sübut kimi aşkar olunaraq götürülüb.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT