Samuxda iki qardaş bıçaqlandı
16:55 – 13 Sentyabr, 2017

Samuxda bıçaqlanma olub. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb.

 

Kənd sakinləri - 1990-cı il təvəllüdlü Xəyal və 1989-cu il təvəllüdlü Vüsal Məmmədov qardaşları bıçaqlanaraq xəstəxanaya yerləşdiriliblər.

 

Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, qardaşlar toyda həmkəndliləri tərəfindən bıçaqlanıb.

 

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

 

X

XƏBƏRLƏR
BÖYÜT