Ermənilər Ağdamda növbəti təlimlərə başlayıb
17:04 – 13 Sentyabr, 2017

Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarından Azərbaycanın işğal altında olan Ağdam rayonunda növbəti irimiqyaslı təlimlərə başlayıb.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Bağmanlar adlanan ərazidə keçirilən təlimlərdə ağır artilleriyadan və zirehli texnikalardan istifadə olunur.

 

Ağır artilleriyadan açılan atəş səsləri Ağdamın işğal altında olmayan kəndlərində, ətraf Ağcabədi və Bərdə rayonlarında aydın eşidilir.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT