Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 13 sentyabr
19:25 – 13 Sentyabr, 2017

Suriya məsələsi Türkiyənin xarici təhdidlərdən müdafiə sisteminin etibarlı olmadığını göstərdi. Ankaranın bu problemin həllində NATO-ya olan güvəni sarsıldı. Rusiya ilə təyyarə insidentində alyansın müşahidəçi mövqeyi tutması hava hücumundan müdafiə sisteminin yenidən qurulmasını zəruri edir, üstəlik 15 iyul hadisələri NATO-ya güvən məsələsinin üzərinə kölgə salıb. Rusiyada C-400 divizionlarının alınması üç məqsədə hesablana bilər. Birincisi, “Patriot” raket komplekslərinin Türkiyədən çıxarılması ilə ölkənin orta və uzun mənzilli raketlərdən müdafiə sistemində boşluq yaranıb, rəsmi Ankara bu boşluğu tez bir zamanda doldurmağa məcburdur. İkincisi, Rusiyadan bu kompleksin alınması Moskvadan təyyarə məsələsinə görə “üzrxahlıq” məqsədi daşıyır, Ankara milyardlarla dollarlıq hərbi sifarişlər hesabına münasibətlərdə qalan son gərginlikləri də aradan qaldırmaq istəyir. Üçüncüsü, “C-400”lərlə bağlı sifariş NATO-ya mesaj məqsədi daşıyır. Türkiyə alyansla körpüləri tam yandırmayıb, lakin bunu edə biləcəyinə işarə vurur. Rusiyadan bu komplekslərin alınmasına ilk reaksiyaların NATO cəbhəsindən gəlməsi alyansın mesajı aldığını göstərir.

 

Vüqar HÜSEYNOV

X

XƏBƏRLƏR
BÖYÜT