Kabildə kriket stadionunda terror: niyyətinə çatmayan terrorçu özünü partladıb
05:03 – 14 Sentyabr, 2017

Əfqanıstanın paytaxtı Kabildə kriket yarışı zamanı terror altı törədilib. APA TV-nin məlumatına görə, hadisə beynəlxalq kriket stadionunun girişində baş verib.

 

İntiharçı-terrorçu üzərindəki partlayıcı qurğunu stadionun girişində işə salıb. İlkin məlumata görə, təhlükəsizlik xidmətinin əməkdaşlarının şübhələnməsi terrorçunun planlarını pozub. Partlayışı stadionun içərisində törətməli olan terrorçu partlayıcını girişdə işə salıb. Beləliklə, daha böyük insan tələfatının qarşısı alınıb.

 

Kabilin təhlükəsizlik xidmətinin rəisi Basir Mücahid terror aktı nəticəsində 3 nəfərin öldüyünü, 5 nəfərin yaralandığını bildirib. Onun sözlərinə görə, partlayış baş verən zaman stadionda kriket yarışı keçirilirmiş.

 

Hadisə şahidləri isə yaralananların sayının daha çox olduğunu bildiriblər.

 

Terror aktından sonra kriket yarışı yarımçıq dayandırılıb. Rəsmilər idmançıların partlayışdan ziyan çəkmədiyini deyiblər.

 

X

XƏBƏRLƏR
BÖYÜT