İmişlidə piyadanı vurub qaçan sürücü tutuldu
11:34 – 14 Sentyabr, 2017

İmişlidə Məzrəli kənd sakini, Bağırov Nəcməddin Həsən oğlunu vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.


APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Hacıqabul-Horadiz magistralının İmişli rayonunun Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Naməlum avtomobil kənd sakini, 1987-ci il təvəllüdlü Bağırov Nəcməddin Həsən oğlunu vuraraq hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "VAZ-21011" markalı avtomobilin sürücüsü, İmişli rayon sakini Elsevər Əli oğlu Nəsirov saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

X

XƏBƏRLƏR
BÖYÜT