Bakıda gilavar əsəcək
12:45 – 14 Sentyabr, 2017

Sentyabrın 15-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək.

 

ETSN-dən APA TV-yə verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturunun gecə 19-22, gündüz 30-35 dərəcə isti, Bakıda gecə 20-22, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 30-35 dərəcə isti, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

 

X

XƏBƏRLƏR
BÖYÜT