Balıq əvəzinə mərmi "tutdu" - ƏLİNİ KƏSDİLƏR
12:57 – 14 Sentyabr, 2017

Qazax rayon sakininin əlində mərmi partlayıb. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb.

 

Kənd sakini, 25 yaşlı Ramil Babayev tapdığı mərmi ilə ehtiyatsız davranan zaman sursat əlində partlayıb. O, ağır xəsarət alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

 

Yaralı əməliyyat olunub, mərminin partladığı sağ əli amputasiya olunub. Vəziyyəti orta-ağırdır.

 

Xəstənin yaxınlarının dediyinə görə, Ramil Babayev mütəmadi olaraq göldə balıq tutmağa gedərmiş. Tapdığı əşyanın mərmi olduğundan xəbərsiz olub və evə gətirib. Bədbəxt hadisə də elə yaşadığı mənzildə baş verib.

 

Kəmərli kəndi Qazaxın Ermənistanla təmas xəttinə yaxın kəndlərindən biridir. Mərminin də elə Ermənistan Silahlı Qüvvələri tərəfindən atılması ehtimal edilir.

 

Faktla bağlı araşdırma aparılır.

X

XƏBƏRLƏR
BÖYÜT