Uşaqlar bağçaya niyə ağlayaraq gedirlər?
17:58 – 14 Sentyabr, 2017

APA TV-nin “Bizim həftə” layihəsinin növbəti buraxışılında  bu dəfə uşaq bağçalarının insanın formalaşmasındakı rolundan danışlıb. Uşaqların bağçaya getmələri nə dərəcədə əhəmiyyətlidir? Bağça heyətinin uşaqlarla davranışı necə olmalıdır kimi suallara aydınlıq gətirilib.

Təhsil eksperti Etibar Əliyev əsasən dövlət bağçalarında qidalanma ilə bağlı narazılıqların olduğunu deyib: “Çoxlu informasiyalar yayılır ki, uşaqları düzgün qidalandırmırlar, uşaqlara demək olar ki, köhnə qidalar verilir”. Uşaq bağçalarının məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyində olmadığını deyən ekspertin sözlərinə görə, bu da təhsil sisteminin bütövlüyünə xələl gətirir: “Buna görə də yerli icra hakimiyyətlərinə məktəbə qədər təhsillə məşğul olan mütəxəssislər demək olar ki, yoxdur. Həmçinin Bakı şəhər İcra Hakimiyyətində bu qədər bağçalara nəzarəti həyata keçirmək, olduqca çətin məsələdir” .

Psixoloq Tariyel Fazioğlu hesab edir ki, uşaqların psixologiyasını bilmədən onlarla ünsiyyət qurmaq, sosiallaşmasını təmin etmək mümkün deyil: “Uşaqların sosiallaşması, zövqlərinin formalaşması 3-6 yaş arasında meydana gəlir və o travma, xarakter, yaxud komplekslərlə qalan həyatını onun üzərində qurur. 3-6 yaşda bağça dönəminə düşür. Həmin vaxtda uşaqlarla qurulan münasibət kritik vaxtdır. Uşaqlara göstərilən ayrıseçkilik, uşaqların özünə olan güvən hissini necə zədələyirsə, o uşaq ömür boyu o travmanı yaşayacaq”. Psixoloq bağçalarda uşaqlar üçün psixoloji xidmətin vacibliyini vurğulayıb: “Amma Azərbaycanın həm dövlət, həm də qeyri-dövlət bağçalarının əksəriyyətində psixoloq ştatı belə yoxdur”. 

Əməkdar artist Lalə Məmmədova deyib ki, kiçik övladı dövlət bağçasına gedir: “Bir dəfə heç yadımdan çıxma anam gəldi dedi ki, səhər uşağı bağçaya qiyanda, başqa bir qrupdan olan ağlayan uşağa tərbiyəçinin qışqırdığını gördüm. Deyirdi ki, ağlasan, itlərə deyəcəyəm, gəlib səni aparsın”. Müğənni hesab edir ki, hər bir insanı istənilən sahədə madiyyatdan çox mənəvi tərəfləri maraqlandırmalıdır: “Müəllimə uşaqlarla mühiti yarada bilirsə, onların vaxtların doğrudan da səmərəli keçirə bilirsə, müəyyəın qüsurlara göz yummaq olar”.

 Dünya təcrübəsindən bəhs edən Etibar Əliyev deyib ki, bütün  yapon bağçalarının müdirləri kişilərdir: “Tərbiyəçilərin 40-ın 60-a nisbəti kişilərin xeyrinədir”. Təhsil ekspertinin sözlərinə görə Azərbaycan ərazisinin 75%-də uşaq bağçaları yoxdur: “Amma dünyada təhsilin bu pilləsi çox böyük əhəmiyyət kəsb edir. Bizdə valideynlərin çox az bir hissəsi təbriyə prosesi ilə maraqlanır. Bu gün valideynlərin özləri də bağçalardan təhsil və tərbiyə gözləməlidirlər”. Ekspert iddia edir, bağçalarda çalışan tərbiyəçilərin 80% kollec məzunlarıdır: “Kolleclərdəki təhsilin keyfiyyəti ilə hamı tanışdır. Bunlar ali təhsilli olsaydılar, heç olmazsa psixologiya fənnini keçərdilər”.

Psixoloq hesab edir ki, məktəbə qədər təhsil müəssisələrində çalışacaq insan, 4 il psixologiya öyrənməlidir.

Lalə Məmmədova övladı ilə özünün də çalışdğını, bağçadakı şəraitdən razı olduğunu bildirib: “10-15 il bundan əvvəllə müqayisədə məktəblərdə, bağçalarda şərait yaradılıb. Sadəcə olaraq artıq kadr, yeni nəsil yetişməlidir”. Müğənni hətta övladından nümunə də gətirib: “Mən övladıma soruşanda ki, niyə o biri müəlliməni sevmirsən, o da cavabında həmim müəllimənin qışqıra-qışqıra danışdığını deyir. Deməli uşaqlar üçün səs tonunun da böyük əhəmiyyəti olur. Ümumiyyətlə uşaqlarla işləmək həssaslıq tələb edir”. 

 

X

XƏBƏRLƏR
BÖYÜT