Faiq Ağayevdən İRAD: “Sənin səhnə geyimin, davranışın heçnədir”
18:33 – 19 Sentyabr, 2017

Bugünkü konsertlərin səviyyəsi qənaətbəxşdirmi? Səviyyəli konsert təşkil etmək üçün ən azı nə qədər lazımdır? Müğənnilər konsertlərədn pul qazana bilərmi? APA TV-nin "Showtime" layihəsinin növbəti buraxılışında Xalq artisti Faiq Ağayev bu suallara aydınlıq gətirib.

 

Əməkdar artist Ədalət Şükürovun "Azərbaycanda konsertdən qazanan müğənni yoxdur" fikrinə münasibət bildirən Xalq artisti deyib ki, o vergi ödəyicisidir: "Ədalət ancaq özü üçün danışa bilər. Hər bir konsertin sənədləri var. Biz müğənnilərin VÖEN-i var. Əgər mən konsertdən vergi ödəyirəmsə, deməli pul qazanıram. Söhbət Ədalətdən getmir, Ədalət yaxşı oğlandır. Bu sözləri deyənlər naşı insanlardır, konsert keçirməyi bacarmayan insanlardır". Faiq Ağayevin sözlərinə görə Azərbaycanda 3 müğənni var ki, konsertdən pul qazana bilirlər: "Biri mənəm, biri Alim Qasımovdur, üçüncüsünü isə deməsəm də olar". 

 

Xalq artisti hesab edir ki, Azərbaycan konsert keçirməyin problemi tərəflərindən biri hər bir işlə müğənninin məşğul olmasıdır: "1991-ci ildən bunun məşğul olduğum üçün bu mənə asandır, çünki bunu bilirəm". Faiq Ağayev zalı dəvətnamə ilə dolduran müğənnilərə də münasibət bildirib: "Elə insanlar deyəndə ki, zalda anşlaq yığmışam, adamın gülməyi gəlir".

 

Xalq artisti hər bir müğənninin özünəməxsus səs imkanları çərçivəsində repertuar seçmələrini tövsiyə edib: "Hər hansısa estrada müğənnisini zəngulə vuran yerdə görəndə, adama qəribə gəlir. Hansısa rok ifaçısının pop üslubunda mahnı oxumağını adam başa düşmür".

 

Xalq artisti kişi saçlarını rəngləyən, plastik əməliyyat keçirən kişi müğənnilərə edilən tənqidlərdən də danışıb: "Bizim tamaşaçıların, əhalinin mühafizəkar hissəsi var. Onlar ümumiyyətlə dəyişikliklərə yox deyirlər. Bax onların xoşuna gəlmək üçün deyirlər. Tutalım ki, sən mentallığa uyğunsan, bəs sənin oxuduğun nədir? Bir qəpik qiyməti də yoxdur. Səhnə geyimin, səhnə danışığın sıfırdır. Mentallığı sənətlə bağlamaq olmaz. Məsələn sırğa. Siz Babəkin, Peyğəmbərin, imamların şəklinə baxın. Kim bunu deyirsə, sənətə səhv gəlib".

 

Faiq Ağayev hesab edir ki, dünya çapında müğənni olmaq üçün Qərb bölgəsində anadan olmaq mütləqdir: "Musiqi sənayesi Qərbdə yerləşdiyi üçün, bu oradan qaynaqlanır. Mənim həmişə bir amalım olub ki, mən burada Faiq Ağayevəm. Mənim oxuduğum muğamlar Azərbaycan muğamları üzərində qurulub. Mən orta həcmli Avropa müğənnisi olmaq iddiasında olmamışam. Alim Qasımov böyük sənətkardır, lakin etnik musiqiyə hər kəs qulaq asmır. Alim Qasımov Yaponiyada çıxış edəndə gəlib boğazını yoxlamaq istəyirdilər ki, zənguləni vuran hansı cihazdır?"

 

Xalq artisti şou-biznesə küsüb-barışmaq üçün gəlmədiyini deyib: "Bunlar hamısı məişət məsələləridir. Gəlin məişət məsələlərini şou-biznesə qarışdırmayaq. Məsələn mənim anam üçün maraqlı olmayıb ki, İlhamə Quliyeva ilə Flora Kərimova danışır, ya yox? O, onların sənətini sevib. Normal insan heç vaxt özgənin qapısının dəliyindən içəri baxmaz".

 

Faiq Ağayev Azərbaycan televiziyalarının yerli klipləri yayımlamadığından narazılığını ifadə edib: "Röya gedib bahalı klip çəkib. Hansı kanalda onu sonuncu dəfə görmüşsünüz? "Youtube" üçün? "Facebook" üçün? Azərbaycan əhalisinin 9%-i üçün internetdə klip yayımlayaq? Onun da böyük bir hissəsi yatmış profillərdir. Mən 91% Azərbaycan əhalisini "Youtube"dan da  baxış sayını pul ilə almaq, istifadəçilərin sayını çoxaltmaq olur. Mən o yaşda deyiləm ki, yalançılıqla məşğul olum? Mənim instagram səhifəmdə halalca 100.500-dən çox izləyicim var".    

 

 

 

   

 

 

X

XƏBƏRLƏR
BÖYÜT