Seksual inqilab, yoxsa zorakılıq? - MÜZAKİRƏ
14:16 – 20 Sentyabr, 2017

Son vaxtlar cinsi zorakılıqla bağlı xəbərləri tez-tez eşidirik. Nə qədər ağır olsa da, belə xəbərlərə adətkərdə olmuşuq. Bəs Azərbaycanda insanları bu hərəkətə təhrik edən hansı motivdir? Bu seksual inqilabdır, yoxsa seksual aclıq? Bəlkə hər bir fərdinin özünəməxsus psixoloji durumudur? Bəlkə bunun günahı informasiya texnologiyalarındadır? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu mövzu qızğın müzakirələrlə müşahidə edilib.

 

Psixoloq Elnur Rüstəmov deyib ki, burada təkcə söhbət seksual inqilabdan getmir: "Qadın-kişi münasibətlərinin bərabərhüquqlu olması da seksual inqilabın tərkibinə daxil idi. Bu gün bizim siqaret çəkən xanımlarımız az deyil, bu özü də bir inqilabdır. Azadlığa bir işarədir". Psixoloq hesab edir ki, bu istiqamətdə Azərbaycanda baş verən proseslər dünyada baş verən proseslərdən geri qalmır. Elnur Rüstəmovun sözlərinə görə cinsi meyl pozğunluğundan əziyyət çəkən insanlar var: "Müşahidələrdən görürük ki, bunun da ən böyük səbəbkarı informasiya əsridir".  Psixoloq uşaqlara, qadınlara qarşı zorakılığın arxasında aqressiya, psixoloji travma dayanır.

 

12 yaşlı qızın hamilə qalması məsələsinə toxunan Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə deyib ki, təkcə iyul ayı üzrə Azərbaycanda uşaqlara qarşı 7 zorakılıq faktı qeydə alınıb: "4 yaşlı uşaqdan 12 yaşlı uşağa qədər, və ya 16 yaşlılar. Mən düşünürəm ki, bu uşağa qarşı çox böyük bir cinayətdir. Bu bütün Azərbaycan üçün həyəcan təbilidir. Nəyə görə bu gün 12 yaşlı uşaq 22 həftəyə qədər gəlib çıxmalı idi, valideyn isə bundan xəbərsiz olmalı idi? Çünki uşaq şiddət görmüşdü". K. Ağazadə onu da əlavə edib ki, bu gün valideynlər uşaqlarla cinsi tərbiyədən danışmağa qorxurlar: "Seks barədə danışmaq olmaz, amma uşağın müəyyən yaş dövrlərində onun anlaya biləcəyi dildə bunu danışıb uşaqla dost olmaq lazımdır ki, qorxmasın".

 

İlahiyyatçı Dürdanə Cəfərli problemin həllini təkcə maarifləndirmədə görmədiyini deyib: "Dörd yaşında uşağı necə maarifləndirmək olar?" Atalıq məsələsinə toxunan ilahiyyatçı, atalığın ata ilə eyni statusa malik olduğunu qeyd edib: "İslama görə nikahda olan qadının övladı, onun öz övladıdır. Şəriətə görə həmin kişi, həmin qızı hətta nikah pozulsa belə, övladı olaraq görəcəkdir".    

 

K.Ağazadə hesab edir ki, ikinci dəfə ailə qurmaq istəyən qadınlar mütləq uşaqların fikrini öyrənməlidirlər: "Bu gün 12 yaşlı uşağın timsalında hamı ananı, onun biganəliyini qınadı, amma o şərəfsiz haqqında heç kim danışmadı. Bu gün Azərbaycanda 30% molla kəbini ilə qeyri-rəsmi yaşayan ailələr var".    

 

Hüquqşünas Ağamirzə Bağırov hesab edir ki, Azərbaycan qanunvericiliyi zorakılığa qarşı digər ölkələrlə müqayisədə daha sərtdir: "Ən ağırlaşdırıcı hal hesab etmək olar ki, 14 yaşına çatmayanlara qarşı olan münasibət üçündür. Ən azından qorxunu görəndə, bunun qarşısı alınır". A.Bağırov onu da əlavə edib ki, bir sıra ölkələrdə nikaha daxil olmaq üçün yaş həddi aşağı endirilib: "Bizdə 18-dr. Ailə Nadir hallarda yaş həddi, müvafiq icra hakimiyyətinin qərarı ilə endirilə bilər. Hərbi xidmət, yaxın qohumunun ölümü ilə bağlı, yaxud xəstəlik səbəbindən bunu 1 il tezləşdirmək olar".

 

Kəmalə Ağazadə iddia edir ki, bu gün 13 yaşında olan qızlarını ərə verən valideynlər var: "13 yaşındakı qızlarını məktəbdən çıxarıb, kukladan ayırıb, sevgi haqqında düşünməyə vadar edən valideynlər də var. Mən elə neçə toyun qarşısını almışam".

 

Ağamirzə Bağırov televiziyaların zorakılığa qarşı qanunvericilik tədbirlərini   nümayiş etdirmədiklərini söyləyib: "16 yaşına çatmamış şəxslərə qarşı edilən zorakılığın cəzası nə qədərdir? Onu ekranda verirlərmi? Hansısa reklamın yerinə ən azı 1 saniyə həmin məlumatı vermək olar: Bunu etmə!"  

 

Dürdanə Cəfərlinin sözlərinə görə qız uşaqlarının ailə qurmaq üçün minimum yaş həddi 9-dur: "Amma əsas yaş deyil. Yaşdan başqa da şərtlər var. Əqli və fiziki yetişkənlik də artıq şərt olaraq qoyulur".  İlahiyyatçı 9 yaş həddinin Qurani-Kərimdə də öz əksini tapdığını vurğulayıb.

    

Verilişə telefon xətti ilə qoşulan ilahiyyatçı Elşad Miri isə Qurani-Kərimdə hər hansı yaş həddinin olması fikrinə münasibət bildirib: "Hədis kitablarının uydurduğuna görə guya Peyğəmbər Aişə adlı xanım ilə 6 yaşında nişanlanıb, 9 yaşında evlənib. Amma Qurani-Kərimdə bununla bağlı heç bir ayə yoxdur".  

X

XƏBƏRLƏR
BÖYÜT