Tanınmış müğənnimiz 3-cü dəfə ƏRƏ GEDİR?
17:27 – 26 Sentyabr, 2017

İncəsənət nümayəndələrini plastik əməliyyat keçirməyə nə vadar edir? Estetik dəyişikliklər mütləqdirmi? Görkəmin təkmilləşməsi gəlirlərin artmasına təsir edirmi? APA TV-nin "Showtime" layihəsinin növbəti buraxılışında bu suallara aydınlıq gətirilib.

 

Plastik əməliyyat etdirən məşhurlar sırasında adı hallanan müğənni Mənzurə Musayeva 8 dəfə xəstəliyi, 2 dəfə isə gözəlliyi ilə bağlı əməliyyat olduğunu bildirib: "Burnumda nəfəs problemi var idi, amma yaxşı alınmadı. 11-ci dəfə yenidən əməliyyata girməliyəm ki, burnumun problemini həll edim".

 

Meyxanaçı Samirə isə bir neçə il bundan öncə boynuna və kürəyinə ağırlıq verdiyi səbəbindən sinə əməliyyatı keçirdiyini deyib: "İndiki ağlım olsaydı, əməliyyat etdirməzdim. O yükü daşıyardım, amma etdirməzdim, çünki mütləq fəsadlar olur. Bir yer balacalaşırsa, o başqa yerdə özünü göstərməyə başlayır".  Meyxanaçı Samirə plastik əməliyyatla münasibətini belə ifadə edib: "Biz elə bil ki, Allahla davaya çıxmışıq. Həkim bizi güclə çağırmır, özümüz gedib bıçağın altına giririk. Növbəti dəfə əməliyyata girmərəm".

 

Şəxsi həyatından danışan Mənzurə Musayevanın sözlərinə görə iki dəfə ailə qurub və hər iki keçmiş həyat yoldaşı onunla barışmaq istəyir: "Zərin qədrini vaxtında bilmək lazım idi. Gedirlər pis ilə ailə qurub yaşayırlar, sonra da deyirlər ki, Mənzurə ilə həyat nə gözəl imiş. Mən yoldaşıma hörmət əlaməti olaraq qazandığımı xərcləməzdim. Fikirləşərdim ki, yoldaşımın xətrinə dəyər".  Müğənni ətrafında onunla ailə qurmaq istəyən adamların çox olduğunu desə də, heç kəsi yaxına buraxmadığını söyləyib.

 

Meyxanaçı Samirə isə həyat yoldaşının vəfatından sonra ailə qurmadığını söyləyib: "Qabağıma alfons yox, yaxşı insan çıxarsa, niyə də yox".

 

Mənzurə Musayeva müğənni Səyyad Əlizadəyə ilə duet oxuyana kimi tanındığını söyləsə də, buna qədər "Tello" Folklor Ansamblından tanındığını qeyd edib: "Mə\ktəbi bitirəndən indiyə qədər mən orada işləyirəm. Toy biznesini mənə Səyyad müəllim öyrətdi. Mən Səyyada minnətdaram. Mən ona qədər tək fəaliyyət göstərirdim, amma səhnədə nə etmək lazım olduğunu bilmirdim".

 

Mətbuatda Əməkdar artisti Gülüstan Əliyeva ilə bağlı mahnı səbəbindən yayılan məlumatlara münasibət bildirən meyxanaçı Samirə, Əməkdar artistin ünvanına pis heç nə demədiyini söyləyib: "Belə bir söhbət olmayıb. Sadəcə mən demişəm ki, Gülüstan xanım o mahnını məndən sonra oxuyub. Yəni hər birimiz bildiyimiz kimi oxumuşuq. O tar-kamança ilə, mən isə ansambl ilə. "Saçını yolaram" ifadəsi isə başqa bir müğənni tərəfdən mənim ünvanıma səslənib. Sadəcə onu mənim adıma yazıblar".     

 

Meyxanaçı Samirə oğlunun ağır əməliyyat keçirdiyini deyib: "Hovuza tullananda, başı dəymişdi, qapalı kəllə-beyin travması almışdı. Kəllə sümüyü çıxarıldı. İki aydan sonra yenidən əməliyyat olunacaq. Kəllə sümüyü yerinə qoyulacaq". Əməliyyat üçün maddi baxımdan heç kimə müraciət etmədiyini söyləyən meyxanaçı, bunu özünə sığışdırmadığını qeyd edib. 

X

XƏBƏRLƏR
BÖYÜT