Məhsul alarkən nəyə diqqət etmək lazımdır? - QİDA TƏHLÜKƏSİZLİYİ İLƏ BAĞLI QEYDLƏR
16:49 – 27 Sentyabr, 2017

Bütün dünyada olduğu kimi, Azərbaycanda da yeni istehsal müəssisələri yaradılır, iqtisadiyyatın ayrı-ayrı sahələrində minlərlə məhsul istehsal edilir. Belə bir şəraitdə məhsulun yüksək keyfiyyətinin əldə edilməsi təkcə istehsalçı və istehlakçı üçün deyil, bütövlükdə ölkənin iqtisadiyyatı üçün çox mühüm məsələdir. Məhsulun, işin və xidmətin yüksək keyfiyyəti satış və rentabelliyi artırır, bu isə ölkənin ixrac potensialının artırılmasına səbəb olur, zəncirvari reaksiya ilə olkə vətəndaşlarının rifah halının və həyat səviyyəsinin yüksəldilməsi ilə nəticələnir. Bu isə fəaliyyətdə olan sənaye sahələri və müəssisələrindən keyfiyyət problemlərinə dair yeni prinsipial yanaşmanın formalaşmasını tələb edir. Məhsul alarkən nəyə diqqət etməli? Keyfiyyətli məhsulu keyfiyyətsizdən necə ayırmaq olar? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu məsələyə aydınlıq gətirilib.

"APAMARK" Şirkətinin Biznesin inkişafı üzrə mütəxəssisi Emil Əlizadə deyib ki, müştərilər məhsul alarkən, müəyyən məqamlara fikir vermirlər: "Məhsulun saxlanılma şəraiti, saxlanıldığı temperatur, istehsal və istehlak tarixləri və s. Nəticədə xoşa gəlməz hallar meydana çıxır". Mütəxəssisin sözlərinə görə tanınmayan bir markanın alarkən ən azı istehsalçının ünvanının və əlaqə nömrələrinin üzərində olması vacibdir: "Məsələn süd məhsulu alarkən tərkibinə, yağlılığına fikir vermək lazımdır ki, sağlamlığa hər hansı bir mənfi təsiri olmasın".

Emil Əlizadə deyib ki, qida təhlükəsizliyi xammalın tədarükündən başlayır: "Xammalı burada iki yerə bölmək olar. Həm qablaşdırma, həm də inqredient olaraq. Bunlara saxlanılma prosesinə baxdıqdan sonra istehsal prosesində qida təhlükəsizliyinə baxmalıdırlar. Hazır olan məhsulun saxlanılması məsələsi də var ki, ona laboratoriya şəraitində baxılır".

Mütəxəssis deyib ki, istehsalçı ilkin olaraq məhsulunun hansı şəraitdə saxlanılması ilə bağlı satış nöqtələrini xəbərdar etməlidir.

"Marka anlayışını bizim insanlar daha çox geyimdən gələn bir ifadə kimi qəbul edirlər. Məsələn marka geyim, brend geyim. Əslində bir məhsulun adı varsa, bu onun markasıdır" - Emil Əlizadə belə deyib. Mütəxəssis marka yaradarkən dörd prosesi nəzərə almağın zəruri olduğunu vurğulayıb: "İstehsalçı məndən nə istəyir? Vərdişləri nədir? Bu məhsulun istifadə tezliyi nə qədərdir? O cümlədən bazarda hansı tipli məhsulların satışına daha çox tələbat olduğunu bilməlidir. Rəqiblərin vəziyyətini müəyyən etməli və vəziyyətdə nə edəcəyini bilməlidir. Bundan sonra bazarı seqmentlərə bölmək lazımdır". E.Əlizadə deyib ki, müştəri kütləsi yoxdursa, onu yaratmaq lazımdır: "Bundan sonra artıq söhbət markanın kimliyindən gedə bilər". 

Mütəxəssis marka yarandıqdan sonra onun dəyişdirilməsi, istiqamətləndirilməsini yanlış hesab edir: "Hər hansı kənar müdaxilələr yolu dəyişdirə bilər. Nəticədə marka yaranmayacaq. Son illər bir statistika ilə rastlaşdım. Yaradılan markaların 100%-dən 95%-i müflis oldu. Bu həmin 95% təsir edən amillərdir ki, B nöqtəsinə çatmağa mane olur".

Emil Əlizadənin sözlərinə görə Azərbaycan sahibkarları son illərdə artıq təkcə daxili bazara, eyni zamanda daha çox ixraca yönəlmiş məhsullar istehsal edir. 

"APAMARK" Şirkətinin fəaliyyətinə toxunan mütəxəssis vurğulayıb ki, bu şirkət digərlərinə nümunə olaraq göstərilir.

Sahibkarların yerli qablaşdırma istehsalında maraqlı olduğunu deyən E.Əlizadənin sözlərinə görə bu yerli bazara həm maliyyə, həm də işçi baxımından  sərfəlidir.

 

   

X

XƏBƏRLƏR
BÖYÜT