Tacir Fədayə Laçınla sevgili olması barədə danışdı
17:20 – 03 Oktyabr, 2017

Kimə sənətkar demək olar? Sənətkarlıq haqqında kimlər danışmalıdır? Sənətkarlıq hansı meyarlarla ölçülür? Bu və digər sualları APA TV-nin "Showtime" layihəsində Xalq artisti Gülyaz Məmmədova və müğənni Tacir Şahmalıoğlu cavablandırıblar.

 

Gülyaz Məmmədova deyib ki, doğrudan da sənətçi və sənətkar anlayışları arasında seçim etmək lazımdır: "Mən heç vaxt demirəm ki, məni verilişlərdə sənətkar kimi təqdim edin". G. Məmmədova, bacısı Gülyanaq Məmmədova ilə duet oxumadığının səbəblərini də izah edib: "Biz əvvəllər duet oxuyanda vətəndən oxuyurduq, tək mahnılarımız qalırdı. Bir çox verilişlər belə şərt qoydu ki, Gülyaz xanım siz ayrı oxuyun, Gülyanaq xanım ayrı oxusun. Belə-belə ayrıldıq. Amma dövlət tədbirlərində həmişə bir yerdə oxuyuruq". Xalq artisti bacısı ilə küsmədiyini deyib: "Hər bir ailədə söz-söhbətlər ola bilər. Bu işin yaxşılığına doğru olan mübahisələrdir. Bizimki səmimi söz-söhbətdir".

 

Xalq artisti deyib ki, oğlunun ailəm seçiminə qarışmaq niyyətində deyil: "Mən də istəyərəm ki, mənim istədiyimlə ailə qursun. Sevgi elə bir şeydir ki, üzərindən xətt çəkmək olmur".

 

"Gülyaz xanım neçə müğənninin adını çəkə bilər ki, onları əsl sənətkar hesab edir?" sualına Xalq artisti belə cavab verib: "Respublikanın Xalq artisti Aygün Bayramova, Xalq artisti Nəzakət Teymurova, Almaz Orucova, Zakir Əliyev. Mən öz yaşıdlarımı sadaladım. Çünki öz dövrümə cavabdehəm. Elə istedadlı gənclər var ki, onların bəxti gətirmir və müsabiqələrə düşə bilmirlər".

 

Müğənni Tacir Şahmalıoğlu deyib ki, hər yetənə böyük sənətkar demək olmaz: "Əgər siz dediyiniz kimi Elza Seyidcahan özünə dahi deyirsə, onda dahilərə nə deyək? Elza Seyidcahan mənim yanımda dahi olduğunu desə, eyni sözləri ona da deyərəm. Hələ ki bunu mənim yanımda etiraf eləməyib".

 

Tacir Şahmalıoğlu, "Qarabağ bülbülləri" ansamblının rəhbəri ilə arasında yaşanan qalmaqala da aydınlıq gətirib: "Bəlli məsələdir ki, "Bayatı-Şiraz" mənim səsimlə sevilibdir. Məni narahat edən məsələ budur ki, müəllimim onu özünün yazdığını etiraf edib. Nə olsun ki, 11 yaşında oxumuşam? 6 yaşından mən fortepianoya getmişəm". Müğənni Teymur Əmrahın da "Qarabağ bülbülləri" ansamblında olduğunu deyib: "Mən çıxmışam, ondan sonra onlar gəlib. Amma Teymur Əmrahın ifası "Qızıl fond"da yoxdur".

 

Gülyaz Məmmədova Teymur Əmrah ona evlilik təklifi etməsi məsələsinə də aydınlıq gətirib: "O vaxt mənə demişdi ki, Gülü gəl evlənək. Sonra birdən dedi ki, o nədir? Qırmızıbaş kimdir? Deyirəm oğlum. Məni subay bilirdi. Mənim də ailə qurmaq fikrim yox idi. Aramızda belə bir zarafat olmuşdu".

 

Tacir Şahmalıoğlu bir zamanlar duet ortağı olmuş müğənni Fədayə Laçınla münasibətlərindən danışıb: "Fədayənin ağlı olsaydı, duetlərin ardı olardı. Başqa adamların sözünə qulaq asıb, ayrıldı. Elə bildi ki, tək nə isə edə biləcək".

 

Fədayə Laçının "Tacir Şahmalıoğlu ilə sevgili həyatı yaşayanda, bu mənim həyatımın səhvi idi"  fikirlərinə münasibət bildirən Tacir Şahmalıoğlu, bunu yanlış adılandırıb: "Mənim ailəm var, balalarım var. Mən ailəmin bir tükünü milyon insana dəyişmərəm. Duet ortaqlığı belədir ki, biz məcburən bir yerdə olurduq. Bir yerdə olanda deyirlər ki, sevgili həyatı yaşayırıq. Bəlkə Fədayə xanım mənim sevirmiş, mənim bundan xəbərim olmayıb. Fədayə xanım çox şey deyə bilər".  

 

Gülyaz Məmmədova deyib ki, belə məsələləri mətbuata çıxarmağı düzgün deyil: "Tutalım ki, bu var, bunu niyə deyirsən?"

 

Övladının ailə seçimindən danışan Tacir Şahmalıoğlu deyib ki, oğlunu özünün istədiyi xanımla evləndirəcək

 

X

XƏBƏRLƏR
BÖYÜT