Səudiyyə kralının sarayına hücum edildi - 2 ÖLÜ, 3 YARALI
01:20 – 09 Oktyabr, 2017

Səudiyyə Ərəbistanı kralı Salman Ben Abdel Aziz Əl-Səudun Ciddə şəhərindəki sarayının qarşısındakı postun atəşə tutulması nəticəsində 2 mühafizəçi həlak olub, daha üçü yaralanıb.

APA TV-nin “RIA Novosti”yə istinadən verdiyi xəbərə görə, cavab atəşi ilə hücum edən şəxs öldürüb.

İnsident oktyabrın 7-də səhər saatlarında baş verib. Hücum edən şəxsin 28 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşı olduğu bildirilir. Onun avtomobilindən “Kalaşnikov” tipli avtomat və üç alışdırıcı qumbara aşkarlanıb.

Qeyd edək ki,  Səudiyyə Ərəbistanı kralı hazırda Rusiyada səfərdədir.

X

XƏBƏRLƏR
BÖYÜT