Sabirabadda dəhşətli qəza: 4 ölü - HADİSƏ YERİNDƏN
11:25 – 09 Oktyabr, 2017

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına  görə, hadisə rayonun Xəlifəli kəndi ərazisində qeydə alınıb.

 

"Mercedes" markalı 50 DF 624 dövlət nömrə nişanlı minik avtomobili ilə "KamAZ" markalı 30 BF 414 dövlət nömrə nişanlı yük maşınının toqquşması nəticəsində 4 nəfər ölüb. Onlardan biri - 21 yaşlı Eyvazlı Etibar Məzahir oğlu xəstəxanada dünyasını dəyişib. Qəza nəticəsində xəsarət alan 22 yaşlı Xənimli Araz Mehdi oğluna həkimlər tibbi yardım göstərir.

 

Hadisə yerində dünyasını dəyişən "Mercedes" in sürücüsü, Füzuli rayon sakini, 1981-ci il təvəllüdlü Mustafayev Fərman Telman oğlu, 1996-cı il təvəllüdlü Quluzadə Elsevər Bəxtiyar oğlu və 1997-ci il təvəllüdlü Rəsulzadə Səxavət Əhməd oğlunun meyiti FHN-in xilasediciləri tərəfindən avtomobildən çıxarılıb.

 

Məlumata görə, qəza Hacıqabul-Bəhramtəpə yolunun 30-cu kilometrliyində, dumanlı havada "Mercedes"in yük maşının yoluna çıxması səbəbindən baş verib.

 

Faktla bağlı araşdırma aparılır.

X

XƏBƏRLƏR
BÖYÜT