Soçidə MDB dövlət başçılarının sammiti keçirildi
18:04 – 11 Oktyabr, 2017

Bu gün Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib. APA TV-nin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev iclasda iştirak edib.

 

Dövlət başçısını Rusiya Federasiyasının prezidenti Vladimir Putin qarşılayıb. Daha sonra prezidentlər rəsmi foto çəkdiriblər

 

Birgə foto çəkdirildikdən sonra MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası başlayıb. İclasın gündəliyinin kifayət qədər zəngin olduğunu deyən Rusiya prezidenti Vladimir Putin bildirib ki, burada MDB çərçivəsində qarşılıqlı əlaqələrin gələcəkdə möhkəmləndirilməsi yolları müzakirə olunacaq, əməkdaşlığın səmərəliliyinin artırılması istiqamətində fikir mübadiləsi aparılacaq. Rusiya prezidenti vurğulayıb ki, iclasda əsas diqqət ənənəvi olaraq iqtisadi, ticari və investisiya qoyuluşu sahələrində əlaqələrin inkişafına yönələcək, bundan başqa, humanitar sahədə də əlaqələr diqqət mərkəzində saxlanılacaq. Rusiya prezidenti qarşılıqlı maraqlara əsaslanan yeni iri layihələrin həyata keçirilməsi üçün bütün imkanların mövcud olduğunu vurğulayıb, görüşün mədəniyyət, təhsil, elm və turizm sahələrində təcrübə mübadiləsinin genişləndirilməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

 

MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev qeyd edib ki, iclasın gündəliyi 16 məsələdən ibarətdir. Təqdim olunan sənədlərin layihələri ekspertlər tərəfindən araşdırılıb, ölkələrin nümayəndələri ilə razılaşdırılıb, iqtisadi sahəyə aid sənədlər isə MDB İqtisadi Şurası tərəfindən təsdiq olunub.

 

Prezident İlham Əliyev iclasda çıxış edib.

X

XƏBƏRLƏR
BÖYÜT