Sabir Rüstəmxanlının Ziya Bünyadov haqqında romanı - REPORTAJ
18:23 – 11 Oktyabr, 2017

Azərbaycan Yazıçılar Birliyində (AYB) xalq şairi Sabir Rüstəmxanlının "Akademikin son əsəri" kitabının təqdimat mərasimi keçirilib.

 

"Son iki əsrdə Azərbaycan xalqı işğal, soyqırım, köçürmə, repressiya, milli dəyərlərin əlindən alınması, mənəvi aşınma kimi heç bir xalqın görmədiyi zülmlərdən keçib. "Akademikin son əsəri" Azərbaycan xalqının üzləşdiyi yeni bir fiziki və mənəvi repressiya - genetik savaşa həsr olunub".

 

APA TV-nin məlumatına görə, bu fikirlər kitabdakı qeyddəndir.

 

Sabir Rüstəmxanlı xalqımıza qarşı yüzillərlə genetik savaş aparıldığını bildirib: "Bu bizim millətdir. Heç yerə qaça bilməzsən. 35 milyonu o vəziyyətdə, qalanı da burda burada bu vəziyyətdə. Kim gətirdi bu hala? Necə oldu dünyanın ən mərd millətlərindən biri, sözünün üstündə ölümə gedən bir xalq bu günə düşdü? Burda bir planlı iş gedir. Burda bir genetik savaş var".

 

"Akademikin son əsəri" bədii əsər olmaqla həm də tarixi əsərdir. Əsərin qəhrəmanı tarixçi-alim Ziya Bünyadovdur.

 

Tədbirdə xalq şairi Fikrət Qoca, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, MTRŞ-nın sədr müavini Sona Vəliyeva, rejissor Rövşən Almuradlı, deputat Fəzail İbrahimli, şair Çingiz Əlioğlu, yazıçı Seyran Səxavət, professor Firudin Cəlilov və başqaları çıxış edəərk, kitabla bağlı fikirlərini bölüşüblər.

X

XƏBƏRLƏR
BÖYÜT