Kaliforniyada yanğın qurbanlarının sayı 21-ə çatdı
03:37 – 12 Oktyabr, 2017

ABŞ-ın Kaliforniya ştatında tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

 

APA TV-nin “The Washington Post”a istinadən verdiyi xəbərə görə, bunu yerli yanğından mühafizə xidmətinin rəhbəri Ken Pimlott bəyan edib.

 

"Bu ciddi, faciəli bir hadisədir", deyə K.Pimlott qeyd edib.

 

Qeyd edək ki, Kaliforniya qubernatoru ştat ərazisində fövqəladə vəziyyət elan edib.  Kaliforniyanın şimalında meşə yanğınları üzündən 20 min insan evini tərk etmək məcburiyyətində qalıb. Yanğın 3500-dən çox ev və inzibati binanı tam və ya qismən məhv edib.

 

X

XƏBƏRLƏR
BÖYÜT