Frankfurtda tarixi qüllə bir göz qırpımında külə döndü - HADİSƏ ANI
10:49 – 12 Oktyabr, 2017

Almaniyanın Frankfurt şəhərinin rəmzi olan "Höte" qülləsi yanıb. APA TV-nin məlumatına görə, tikili naməlum səbəbdən alışıb.


Yanğın bir göz qırpımında şiddətlənib. Yanğın davam edir və hadisə yerində aidiyyəti qurumların əməkdaşları xidmət aparır.

"Höte" qülləsi Almaniyada ən qədim tikililərdən biridir. Onun hündürlüyü 43 metrdir. Qüllə və onun ətrafı  Frankfurta gələn turistlərin ən çox ziyarət etdiyi ərazidir.
 

X

XƏBƏRLƏR
BÖYÜT