Ərinin qisasını almaq istəyən "Ağ dul" ləqəbli qadın terrorçu öldürüldü - OĞLU İLƏ BİRGƏ
10:51 – 12 Oktyabr, 2017

Suriyada İŞİD-ə qoşulmuş "ağ dul qadın" ləqəbli  Böyük Britaniya vətəndaşı Salli Cons öldürülüb.

 

APA TV-nin "Times"a istinadən məlumatına görə, Salli Cons Rakka şəhərində ABŞ-a məxsus pilotsuz uçuş aparatın (PUA) endirdiyi zərbə nəticəsində məhv edilib. Terrorçu qadınla birgə onun 12 yaşlı oğlu da ölüb.

 

Dörd il əvvəl 45 yaşlı Salli Cons Birminqem şəhərindən olan Cüneyd Hüseynə ərə gedərək Suriyaya üz tutub. Avropa vətəndaşlarını İŞİD terror təşkilatına cəlb edən əsas şəxs kimi tanınan  Cüneyd Hüseynin azı 12 terror aktında əli olduğu məlum olub.

 

2015-ci ildə C.Hüseyn pilotsuz uçuş aparatı tərəfindən vurularaq məhv edilib. Onun ölümünə görə intiqam almaq istədiyini bəyan edən S.Cons Qərb ölkələrində terror aktları planlaşdıran diversant qrupuna rəhbərlik etdiyini bəyan edib.

Bu arada Suriya ordusunun əsgərləri Həma əyalətində İŞİD-ə məxsus yeraltı tunellər aşkar ediblər. Tunellər Salamiyyə şəhəri ərazisində tapılıb. Ehtimal olunur ki, terrorçular bombardmanlardan məhz bu tunellərdə qorunub. Yeraltı yolların uzunluğunu müəyyən etmək hələlik mümkün olmayıb, amma orada iclas və hətta məşq etmək üçün şərait yaradıldığı məlumdur.

X

XƏBƏRLƏR
BÖYÜT