Tillerson Ankaraya səsləndi: "Saxlanılan diplomatların günahını sübut edin!"
11:16 – 12 Oktyabr, 2017

ABŞ dövlət katibi Reks Tillersonla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Dövlət Departamentinin rəhbəri Türkiyə hakimiyyətindən amerikalı diplomatlara qarşı ittihamların sübut olunmasını tələb edib.


Dövlət Departamentinin nümayəndəsi Hizer Nauret bundan sonra diplomatların yaşanan böhranın yoluna qoyulması üçün birgə araşdırma aparılması barədə razılığa gəldiklərini deyib.

Xatırladaq ki, bir neçə gün öncə İstanbulda ABŞ konsulluğunun iki əməkdaşı saxlanılıb. Onlar Türkiyədə dövlət çevrilişinə rəhbərlik etmiş FETÖ lideri Fətullah Gülənlə əlaqədə təqsirləndirilir. Baş verən hadisədən sonra ABŞ Türkiyə vətəndaşlarına viza verilməsi prosesini dayandırıb. Bundan sonra isə Ankara da qarşı tərəfə cavab olaraq eyni addımı atıb.

Bu arada iki ölkə arasında yaşanan diplomatik narazılığın hərbi sahədə əməkdaşlığa mənfi təsir etmədiyi vurğulanıb. Bunu Pentaqon rəhbəri Ceyms Mettis bildirib.

X

XƏBƏRLƏR
BÖYÜT