ABŞ-İran qarşıdurması: O QƏRARA BİR GÜN QALDI
11:56 – 12 Oktyabr, 2017

ABŞ prezidenti Donald Tramp İranla nüvə razılaşmasına dair qərarını oktyabrın 13-də açıqlayacaq.

 

APA TV-nin NBC telekanalına istinadən məlumatına görə, Ağ Ev administrasiyasından belə bir açıqlama verilib.

 

Tramp İranla nüvə sazişinin ləğv olunması barədə bəyanatı İrana qarşı ləğv olunmuş sanksiyaların bərpa edilməsi ilə nəticələnə bilər.  
 

Bu arada Donald Tramp "Fox News" telekanalına müsahibəsində Birgə Hərtərəfli Fəaliyyət Planının İranın nüvə silahına yol açmasına mane olmadığını deyib:

 

"İranlılar çox cəld nüvə silahlarına yol açıblar. Razılaşma İranın nüvə silahına yol açmasına mane olmur və... 1,7 milyard dollar nağd pul". Adı çəkilən məbləğlə nəyi nəzərdə tutduğunu ABŞ prezidenti izah etməyib: "Bir sözlə, bu ən pis sövdələşmədir. Biz ondan heç nə görmədik".

 

Xatırladaq ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib.

X

XƏBƏRLƏR
BÖYÜT