Bakıda xəzri əsəcək, bölgələrdə yağış yağacaq
12:54 – 12 Oktyabr, 2017

Oktyabrın 13-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

 

ETSN-dən APA TV-yə verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 13-15, gündüz 17-20 dərəcə isti, Bakıda gecə  13-15, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.

 

X

XƏBƏRLƏR
BÖYÜT