NATO Avropadakı qoşunları Rusiya sərhədinə yığır: MOSKVADAN BƏYANAT
13:58 – 12 Oktyabr, 2017

ABŞ-ın Avropadakı hərbi kontingentinin böyük bir hissəsi Polşa ərazisinə yerləşdirilib. APA TV-nin məlumatına görə, bu yerdəyişmədən Rusiya Müdafiə Nazirliyi narahatlığını ifadə edib.

Bundan əvvəl də adı çəkilən qurum NATO qüvvələrinin Baltikyanı ölkələr və Polşada toplanması ilə bağlı kəskin reaksiya bildirib.

Nazirlik rəsmisi İqor Konaşenkov prosesi "səssiz əməliyyat" adlandırıb. Polşa ərazisinə ABŞ-ın tank əleyhinə iki briqadasının və xeyli digər hərbi texnikasının Rusiya sərhədindəki yaşayış məntəqələri yaxınlığında cəmləşdirdiyi barədə məlumata sahib olduqlarını deyən Konaşenkov, orada olan 3-cü tank birləşməsinin, həmçinin M109 "Paladin" haubitsalarının, 144 ədəd "Bradley" döyüş maşınının ərazidən aparılmadığını vurğulayıb.

"Bu o deməkdir ki, Polşa və Baltikyanı ölkələrdə ABŞ-ın artıq hərbi birləşmələri yox, de-fakto mexanikləşdirilmiş diviziyaları toplanıb. Həmin ərazilərə cəmi iki saat ərzində Avropadakı Ramştayn ABŞ hərbi bazasındakı şəxsi heyəti dislokasiya etmək mümkündür".

Rusiya Müdafiə Nazirliyi qarşı tərəfin Rusiya və Belarus hərbçilərinin "Qərb-2017" təlimlərindən qorxduğunu iddia edib. Həmin təlimlərin təhdid xarakterli olduğu barədə məlumatların yayılmasını Konaşenkov "Pentaqonun növbəti dələduzluğu" kimi dəyərləndirib.

O bildirib ki, əksinə, Şərqi Avropada ABŞ-ın liderliyində start verilən hərəkətlər isterikanın açıq əlamətidir.


 

X

XƏBƏRLƏR
BÖYÜT