Azərbaycan qızları nə istəyir? - MÜZAKİRƏ
14:05 – 12 Oktyabr, 2017

Dünıən qızlar günün idi. Sosial şəbəkə iştirakçılarının 90%-i qızlarının, həyat yoldaşlarının ailəvi şəkillərini paylaşırdılar. Hətta bir qızı olmayan bir sıra istifadə istifadəçilər "Biz neynəyək? Bizim qızımız yoxdur" yazırdılar. Azərbaycan qızları ailə qurana, müstəqil həyata atılana qədər nələr istəyirlər, nə arzu edirlər? Azərbaycan kişiləri, Azərbaycan cəmiyyəti, milli mentalitetimiz qızlarımızın istədikləri dəyərləri onlara verə bilirmi? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu suallar ətrafında geniş müzakirə aparılıb.

 

"Təmiz Dünya" Qadınlara Yardım İB-in sədri Mehriban Zeynalova hesab edir ki, bizim metalitetimizdə qızın doğub boya-başa çatdığı ailədə ərənə gedənə qədər müstəqil olması çətin məsələdir: "Bizdə hər ailənin öz modeli var. İndi bəzi ailələrdə qızlara kifayət qədər sərbəstlik verilir. Bu gün Azərbaycanda qızların 87%-i ailə qurmaq, cehiz almaq fikirləri ilə yaşayırlar".

 

Yazar Kəramət Böyükçöl hesab edir ki, Azərbaycan qızları nə istəyir sualına səmimi cavab vermək mümkün deyil: "Buna ancaq iki nəfər əyləşib şəxsi söhbət edəndə cavab vermək olar".

 

Jurnalist Almaz Qasımova deyib ki, o doğulanda əvvəlcə oğlan olduğunu zənn ediblər: "Tibb bacıları tələsik atama deyiblər ki, oğlun olub. Atam gedib hamıya şirinlik verib, kimlərəsə pul paylayıb. Amma sonra biləndə məyus olub və o məyusluq indiyə qədər davam edir. Atam həqiqətən mənə oğlum deyərək müraciət edir". A.Qasımovanın sözlərinə əgər əvvəllər qızların erkən ərə getməsini valideynlər cahillikdən istəyirdilərsə, indi bunu ömrün qısa olması səbəbi ilə əlaqələndirirlər: "Mən heç vaxt ərə getmək arzusunda olmamışam. Mən özümdə məsuliyyəti özümdə hiss etmirəm. Həm də cəmiyyətdə baş verən hadisələr məni qorxudur".

 

Jurnalist İradə Cəlil Bakı kəndlərinin birində mühafizəkar bir mühitdə böyüdüyün deyib: "Amma mən həmin cəmiyyətdə yaşamaq istəmirdim. Düşünürdüm ki, başqa bir cəmiyyət var ki, mən daha azad ola bilərəm. Həmin cəmiyyətdən çıxmaq çox çətin idi. Mən 18 yaşında arzu edirdim ki, təhsil alım, qazanım, öz ayaqlarım üstündə dayana bilim". İ.Cəlil hesab edir ki, indi oxumaq barədə düşünən qızlar çox azdır.

 

Almaz Qasımovanın sözlərinə görə kişilər qadınlarda evlilik anlayışını çirkinləşdiriblər.

 

"Qızların əksəriyyəti ərə getmək xətrinə ərə gedirlər" - İradə Cəlil Almaz Qasımovanın fikirlərinə münasibət bildirərkən belə deyib.

 

Mehriban Zeynalova deyib ki, əvvəllər boşanma halları faciə kimi qəbul olunurdusa, indi bunu hətta sevinclə qarşılayanlar var. M. Zeynalova onu da əlavə edib ki, bu gün qızlar alt şüurda başqa şey düşünməsə, oğlanlarla normal ünsiyyət qura bilərlər: "Qərbdən onunla fərqlənirik ki, evliliyə, dünyaya uşaq gətirənə qədər birgə yaşamaq imkanı var, bu çox sərbəstdir. Heç kim bunu qınamır, tənqid etmir. Bizdə bu olsa da, gizli olur".

 

İradə Cəlil hesab edir ki, Azərbaycan qadını cəmiyyət üçün yaşamasa, daxilində öz sərhədləri olsa, özünə uyğun insan, iş tapması mümkündür.

 

      

X

XƏBƏRLƏR
BÖYÜT