Gəncədə 47 yaşlı qadının meyiti tapıldı - QƏTL, YOXSA İNTİHAR?
14:13 – 12 Oktyabr, 2017

Gəncədə mənzildən 47 yaşlı qadının meyiti aşkarlanıb.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, ötən gecə şəhərin Heydər Əliyev prospektindəki 23 saylı binada olan mənzillərin birində 1970-ci il təvəllüdlü şəhər sakini Gülmira Səfixanovanın meyiti aşkarlanıb.

 

Meyitin üzərində bıçaq xəsarəti olub. Əvvəlcə qadının qətlə yetirildiyi barədə iddialar səslənib, amma onun intihar etdiyi istisna olunmur.

 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

 

X

XƏBƏRLƏR
BÖYÜT