Rəsmi Bağdad: "Referendum" təşkil edənlər həbs olunacaq
14:37 – 12 Oktyabr, 2017

Şimali İraq Kürd Muxtariyyətində "müstəqillik referendumu" təşkil edənlər həbs olunacaq.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə İraq Ali Məhkəməsi bəyanat verib.

Muxtariyyətin "Müstəqil Ali Seçki Komissiyası"nın üzvlərinin saxlanılması barədə artıq order verilib:

"Təşkilatçılar, "komissiya"nın üzvləri və "səsvermə"ni izləyənlər həbs ediləcək" - deyə, bəyanatda qeyd olunur.

Ali Məhkəmə orderləri İraqın Milli Təhlükəsizlik İdarəsinin çıxardığı qərara əsasən verib. Qərarda "referendum"un ölkənin ərazi bütövlüyünə ciddi zərbə olduğu bildirilir.

Xatırladaq ki, İraqın şimalında "müstəqillik referendum"u sentyabrın 25-də keçirilib və rəsmi Bağdad, o cümlədən qonşu ölkələr - Türkiyə, İran və Suriya başda olmaqla, bir çox dövlətləri tərəfindən etirazla qarşılanıb və nəticələrin tanınmayacağı vurğulanıb. 

X

XƏBƏRLƏR
BÖYÜT