MDB-nin müharibə veteranları Bakıda
15:40 – 12 Oktyabr, 2017

"Bu gün Bakıda belə bir beynəlxalq konfransın keçirilməsini  qiymətləndirirəm". APA TV-nin məlumatına görə, Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdir müavini Ərəstun Mehdiyev "Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında mühüm amil kimi" mövzusundakı beynəlxalq konfransda səsləndirib.


O vurğulayıb ki, bu cür konfransın faşizm üzərində qələbədə mühüm rol oynayan bir ölkənin paytaxtında keçirilməsi heç də təsadüfi deyil: “Xalqımız cəbhəyə yalnız neft göndərməyib, eyni zamanda 600 min vətəndaşımız faşizmə qarşı mübarizədə fəal iştirak edib. Onların da yarısı həlak olub. O vaxt Azərbaycanın əhalisi 3,4 milyon nəfər idi. Bu isə o deməkdir ki, hər 5 vətəndaşdan biri döyüşürdü”.

 

Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov isə çıxışında qeyd edib ki, II Dünya müharibəsi illərində azərbaycanlılar da digər xalqlarla birlikdə faşizmlə mübarizəyə qoşularaq rəşadət göstərib: "Biz erməni faşizminə tuş gəlmişik. Bu gün erməni işğalçıları Azərbaycan torpaqlarının 20 faizdən çoxunu işğal ediblər, 25 ildən artıqdır ki, xalqımızın işğal faktını dünya ictimaiyyətinə çatdırmasına, BMT-nin dörd qətnaməsinə baxmayaraq, Ermənistan torpaqları azad etmir. Ona görə də biz dünya ictimaiyyətinə çatdırmaq istəyirik ki, faşizmlə mübarizə davam etməlidir".

 

Rusiya Federasiyasının Qəhrəmanı Vladimir Alimov regional münaqişələrin həllində silah dilinin yox, dialoqun mühüm rol oynadığını, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla bütün mübahisəli məsələlərin yalnız sivil yollarla həll edilməli olduğunu diqqətə çatdırıb: "Danışıqlar masasına əyləşib, məsələni həll etmək lazımdır. 35 il orduda xidmət etmiş və bir çox münaqişələrdə iştirak edən bir zabit kimi müharibənin nə olduğunu bilirəm. Müharibə ilə sülhə nail olmaq olmaz. Danışıqlar üçün imkanlar varsa, istifadə olunmalıdır".

 

Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Belarus, Moldova və digər ölkə təmsilçilərinin iştirak etdiyi konfrans işini müzakirələrlə davam etdirib.

 

X

XƏBƏRLƏR
BÖYÜT