Azərbaycanda keçmiş səfir nazir təyin olundu
17:21 – 12 Oktyabr, 2017

Azərbaycan prezidenti İlham Əliyev Pərviz Oqtay oğlu Şahbazovun energetika naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

APA TV-nin xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

 

Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb. 1988-1989-cu illərdə hərbi xidmətdə olub. 1991-ci ildən diplomatik xidmətə qəbul olunub. 1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-cı illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib. 1998-2001-ci illərdə Azərbaycanın Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayından 2016-cı ilin sentyabr ayınadək Azərbaycanın Almaniyadakı fövqəladə  və səlahiyyətli səfiri olub.

 

Ailəlidir, iki övladı var. İngilis, alman və rus dillərini bilir. Pərviz Şahbazov Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Oqtay Şahbazovun oğludur.

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT