Balakəndə narkotik əkib-becərən dörd nəfər tutuldu - ÜÇÜ QARDAŞDIR
17:52 – 12 Oktyabr, 2017

Balakəndə narkotik tərkibli bitkiləri əkib-becərən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər həmkəndli həbs edilib, tutulanlardan üçü qardaşdır.


APA TV-nin məlumatına görə, Balakən Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında  rayonun Gərəkli kənd sakinləri olan Məhəmməd Nəsruddin oğlu Abdullayevin, onun qardaşları Mühüddinlə Elçinin və Oqtay İsa oğlu Dibirovun yaşadığı evlərdə əməliyyat-axtarış tədbirləri keçirilib.

 

Axtarış zamanı onların yaşadığı evlərin çardaq və digər saxlanc yerlərindən ümumi çəkisi 1 kq 115 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 

Aparılan ilkin istintaq zamanı məlum olub ki, saxlanılan şəxslər Gərəkli kəndinin inzibati ərazisinin yaxınlığında, yüksək dağlıq ərazidə kultivasiya üsulu ilə 45 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə bitkisi əkiblər və marixuananı həmin əkdikləri çətənə bitkilərindən toplayıblar.

 
Faktla bağlı cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.

 

X

XƏBƏRLƏR
BÖYÜT