Abşeronda akkumulyator oğrusu ələ keçdi
18:15 – 12 Oktyabr, 2017

Abşeron RPİ-nin əməkdaşları rayon ərazisində oğurluqlar törətməkdə təqsirləndirilən Hökməli qəsəbə sakinini saxlayıb.

 

APA TV-nin xəbərinə görə, narkotik aludəçisi olan 26 yaşlı Ruhan Rizvan oğlu Məmmədov Aşağı Güzdək qəsəbəsində şirkətlərdən birinə məxsus qarajdan oğurluq edəndən sonra yaxalanıb: "Narkotik vasitələrdən istifadə etdiyim üçün pula ehtiyacım olub. Qarajdan akkumulyator, müxtəlif açarlar götürmüşəm. Aparıb satmışam".

 

Ruhan Məmmədov gecə saatlarında rayon ərazisində park edilmiş avtomobillərin də akkumulyatorlarını oğurladığını bildirib.

 

Araşdırmalar davam edir.

 

X

XƏBƏRLƏR
BÖYÜT