İsmayıllıda fəvvarə vuran kanalizasiya quyusu yol qəzasına şərait yaratdı
00:54 – 13 Oktyabr, 2017

İsmayıllı rayonunda zəncirvari yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında İsmayıllı şəhərində qeydə alınıb. Taksi sürücüsü 1993-cü il təvəllüdlü Əlislamlı Asim Elton oğlu “VAZ 21011” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolun ortasındakı kanalizasiya quyularından birində su qəfildən fəvvarə vuraraq qalxıb. Bu vaxt isə sürücü idarəetməni itirib və onun avtomobili qarşıdan gələn “Mercedes” və “VAZ 2114” markalı minik avtomobillərinə çırpılıb.

Hadisə nəticəsində A.Əlislamlı və “VAZ 2114” markalı avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü Hüseynov Namiq Nəriman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

X

XƏBƏRLƏR
BÖYÜT