17 yaşlı Bərdə sakini həmkəndlisi tərəfindən bıçaqlandı
00:58 – 13 Oktyabr, 2017

Bərdədə bıçaqlanma faktı qeydə alınıb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə zamanı 17 yaşlı gənc bıçaqlanıb.

Hadisə rayonun Kətəlparaq kəndində baş verib. Kənd sakini, 2000-ci il təvəllüdlü Rzayev Şükür Sərdar oğlu hələlik açıqlanmayan səbəbdən həmkəndlisi ilə mübahisə edib və çoxsaylı bıçaq xəsarətləri alıb. Həmin şəxs onun kürək nahiyəsinə 4 bıçaq zərbəsi vurub.

Ş.Rzayev təcili xəstəxanaya yerləşdirilib və cərrahi əməliyyat olunub. Hazırda vəziyyəti ağır olaraq qalır.

Hadisənin təfərrütlarının araşdırılması ilə rayon polisi məşğuldur. Fakt üzrə cinayət işi də başlanılıb.

X

XƏBƏRLƏR
BÖYÜT