Sərnişin avtobusu yük maşınına toqquşdu, 4 nəfər yaralandı - BAKIDA QƏZA
07:10 – 13 Oktyabr, 2017

Bakıda avtobus yük maşını ilə toqquşub. Hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.

APA TV-nin xəbərinə görə, 163 saylı xətt marşrutu üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu qarşıda hərəkət edən “Howo” markalı yük maşınına çırpılıb.

Yol qəzası nəticəsində avtobusda olan sərnişinlərdən 29 yaşlı Səfa Kərimov, 23 yaşlı Orxan Fərzəliyev, 35 yaşlı Xalid Qəniyev və daha bir nəfər xəsarət alıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Avtoqəzanın təfərrüatları Sabunçu polisi tərəfindən araşdırılır.

X

XƏBƏRLƏR
BÖYÜT