"Neftçilər"də bir kişini bıçaqladılar, vəziyyəti ağırdır
07:12 – 13 Oktyabr, 2017

Gecə saatlarında paytaxtda bıçaqlanma faktı qeydə alınıb. APA TV-nin xəbərinə görə, qanlı hadisə Bakının Nizami rayonu Məzahir Rüstəmov küçəsində, metronun "Neftçilər" stansiyasının yaxınlığında baş verib.

Hələlik şəxsiyyəti dəqiqləşdirilməyən 25-30 yaşlarında bir kişi naməlum şəraitdə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Cərrahi əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır olduğu üçün hadisənin hansı səbəbdən baş verdiyini dəqiqləşdirmək mümkün olmayıb.

Hazırda Nizami RPİ və 25-ci Polis Bölməsinin əməkdaşları təfərrüatları araşdırır.

X

XƏBƏRLƏR
BÖYÜT