NATO rəsmisi: "Türkiyənin Rusiya ilə yaxınlaşması..."
11:14 – 13 Oktyabr, 2017

Türkiyənin Rusiyadan C-400 zenit-raket kompleksləri əldə etmək qərarı problem yaradıb. APA TV-nin məlumatına görə, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Xatçison bildirib.   

 

"Bu addım NATO-da narahatlığa səbəb oldu, belə ki, həmin sistemlər Alyansın istifadə etdiyi komplekslərlə uzlaşmır" - deyə, Key Beyli Xatçison "Washington Post"a müsahibəsində qeyd edib.  

 

Bununla belə, K.Xatçison Türkiyənin ABŞ-ın əsas tərəfdaşı olduğunu, Vaşinqtonun Ankara ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

 

"ABŞ Türkiyənin Rusiya ilə yaxınlaşmasını istəmir. Bu bizim marağımızda deyil. Bu heç Türkiyənin özünün də marağında deyil" - deyə, ABŞ-ın NATO-dakı daimi nümayəndəsi bildirib.  

 

X

XƏBƏRLƏR
BÖYÜT