Gəncədə qətl: yol kənarında bıçaqladılar
11:20 – 13 Oktyabr, 2017

Gəncədə qətl hadisəsi baş verib. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

 

Mehman Rauf oğlu Əliyev yolun kənarında bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qətlə yetirilən gənc təxminən 24-27 yaşlarında olub. Onun kim tərəfindən qətlə yetirildiyi hələ ki, məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT