"Maşın Şou"da gərgin anlar - BİR GÜNDƏ İKİ NƏFƏR GETDİ
11:35 – 13 Oktyabr, 2017

Əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu “Maşın Şou”nun növbəti günü xalq artisti Arif Quliyevsiz başlayıb. Məlum olub ki, o, səhhətində yaranan problemlə əlaqədar şounu tərk etməli olub.

 

APA TV-nin məlumatına görə, səsvermə kürsüsünə isə müğənni Günel Ələkbərova çıxarılıb.

 

O, hədəfinin aparıcı Vüsalə Kərimova açıqlayıb: “Övlad mənim üçün ağır mövzudur. Mən də anayam. Mən  başa düşə bilmirəm ki, məsələn, hədəfimin Vüsalə olduğunu deyirəm, onun övladının şəklini gətirirlər".

 

Vüsalə Kərimova isə bu sözlərə çox sərt reaksiya verib: "Mənim uşağımın sənə nə aidiyyəti var? Səni nə narahat edir? Ay, bir dəqiqə dayan. Sən uje çox oldun. Beynimi çöndərmə. Sən kimsən mənim uşağımla danışığıma qarışırsan? Mənim uşağımın məndən başqa heç kimi yoxdur. Kəs. Mənim uşağımla bağlı danışa bilməzsən".

 

Səsvermə nəticəsində Günel Ələkbərova yetərincə səs toplamayaraq şounu tərk edib.

X

XƏBƏRLƏR
BÖYÜT