Bakı-Şamaxı yolunda iki maşın toqquşdu: 7 yaralı
12:43 – 13 Oktyabr, 2017

Bakı-Şamaxı yolunda 7 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə yolun 78-ci kilometrliyində, Qobustan rayonunun Ceyrankeçməz adlı ərazisində qeydə alınıb.

 

90 UU 887 və 99 BV 188 dövlət nömrə nişanlı “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində Ağsu və İsmayıllı rayon sakinləri olan 7 nəfər ağır bədən xəsarətləri alıb. Məlumata görə, 1983-cü il təvəllüdlü Əhmədov Bəhruz Fazil oğlu, 1978-ci il təvəllüdlü Sadıqova İradə Allahverdi qızı, 1986-cı il təvəllüdlü Günəşov Nicat Hacıbala oğlu, 1991-ci il təvəllüdlü Qurbanzadə Fuad Bəhram oğlu, 1982-ci il təvəllüdlü İbrahimov Rabil Əbülfət oğlu və 1990-cı il təvəllüdlü Niftalıyev Vüqar Arif oğlu təcili yardım stansiyasının avtomobilləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda onların vəziyyəti ağır olaraq qalır.

 

Nicat Günəşov hadisəni belə təsvir edib: “İsmayıllıdan Bakıya gedirdik. Qarşı tərəfdən sürətlə gələn “Mercedes” markalı minik avtomobili qanunsuz olaraq düz xəttin üzərində 30-dan çox avtomobili bir-bir ötüb keçərək bizim avtomobillə toqquşdu”.

 

Toqquşan avtomobillərdən biri yol kənarındakı dəmir məhəccərləri sındıraraq dərəyə aşıb. Qəzadan sonra yolda nəqliyyat sıxlığı yaranıb və avtomobillərin hərəkəti təxminən 20 dəqiqə ərzində məhdudlaşıb. Yol polisi əməkdaşları hadisə yerinə gəldikdən sonra nəqliyyatın hərəkəti təmin olunub.

 

Faktla bağlı araşdırma aparılır.

 

X

XƏBƏRLƏR
BÖYÜT