Siyəzənin beş kəndi niyə qazsız qalıb? - RƏSMİ AÇIQLAMA
12:46 – 13 Oktyabr, 2017

Bir ay əvvələ kimi Siyəzənin Məşrif kənd sakinlərinin odun doğramaq kimi bir dərdləri yox idi. Lakin artıq bir aydır ki, Məşrif kəndinin və daha 4 kəndin sakinləri qazsız qalıblar.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, uzun illər “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinin balansında olan buruqlardan çıxan mavi yanacaqdan istifadə edən sakinlərin qazı kəsilib.

 

Kənd sakini Şahlar Əzizov deyir ki, sovet hökumətinin dövründə qazdan istifadə ediblər: "Sovet hökuməti dağılandan sonra biz qazdan istifadə etməmişik. 20-22 il olar biz "Azneft"dən qanunsuz qaz istifadə eləmişik. Yəni ki, pul ödəməmşik. Bu axır vaxtlarda, 15-20 gün olar, gəlib qazı kəsdilər. Heç bir səbəb deməyiblər. 200 manata başa gəlir bizə odun. O da bizə çətindir".

 

“Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinin rəisi Zülfüqar Səlimov da bildirir ki, kənd sakinləri uzun müddət qazdan qanunsuz istifadə ediblər: "Bu qaz təmizlənməyən qazdır, biz qazı hasil edirik. Satışla məşğul deyilik. Satışı ancaq "Azəriqaz" yerinə yetirir. "Siyəzənneft"də çıxan qazı da biz qaz idarəsinə təhvil veririk". 

 

Zülfüqar Səlimov havaya buraxılan qazla bağlı layihə hazırlandığını da bildirir. O ki qaldı Məşrif və ətraf kəndlərə yeni qaz xətlərinin çəkilməsinə, Xaçmaz Regional Qaz İstismar İdarəsi bu məsələnin gündəmdə olmadığını deyir.

X

XƏBƏRLƏR
BÖYÜT