Yağış kəsəcək, temperatur yenidən yüksəlir - XƏBƏRDARLIQ
13:07 – 13 Oktyabr, 2017

Oktyabrın 14-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 

Lakin axşam yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var.

 

Cənub küləyi gündüz arabir güclənəcək. 

 

ETSN-dən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun gecə 13-15, gündüz  18-22, Bakıda gecə  13-15, gündüz  19-21 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 14-15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişli olsa da, arabir güclənən cənub və şimal küləklərinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi  gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 10-15, gündüz  18-23, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

 

X

XƏBƏRLƏR
BÖYÜT