İŞİD Suriyada 50 dinc sakini qətlə yetirdi
13:11 – 13 Oktyabr, 2017

Suriyanın şimal-şərqində İŞİD terrorçuları tərəfindən törədilən terror aktı nəticəsində onlarla dinc sakin ölüb və yaralanıb. 

 

APA TV-nin məlumatına görə, terror aktı Xasaka əyalətinin Əbu Fas yaşayış məntəqəsində baş verib. Terrorçu-kamikadzelər tərəfindən idarə olunan minalanmış avtomobillər insanların sıx olduğu ərazilərdə partladılıb.  

 

"Röyter" partlayışlar nəticəsində azı 50 nəfərin öldüyünü bildirib. Ölənlər arasında Deyr əz-Zordan qaçmış çoxlu sayda qadın və uşaqların olduğu bildirilir.

 

X

XƏBƏRLƏR
BÖYÜT