Avropa liderləri Trampa səsləndi: "İranla nüvə razılaşması qüvvədə qalmalıdır"
13:50 – 13 Oktyabr, 2017

Avropalı tərəfdaşlar ABŞ prezidentini İranla nüvə anlaşmasından çıxmamağa çağırır.

 

APA TV-nin "Euronews"a istinadən məlumatına görə, bütün bunlar Donald Trampın yaxın saatlarda bununla bağlı qərarını elan edəcəyi fonunda baş verir.

 

Fransanın ABŞ-dakı sabiq səfiri Pyer Vimon Avropa liderlərinin 2015-ci ildə Vyanada əldə olunan razılaşmaya əməl etdiyi qənaətindədir. Rəsmi Tehranla imzalanan sənəd o dövr üçün inqilabi irəliləyiş sayılır.

 

Bu arada bəzi ekspertlər İranın istənilən halda nüvə silahı əldə edəcəyi qənaətindədir. Onlar hesab edir ki, ən azı 8 il sonra İrana qarşı məhdudiyyətlər aradan qaldırılacaq və İran nüvə potensialına sahib olacaq.

 

Qeyd edək ki, hazırda İran nüvə silahının yayılması ilə mübarizədə əsas maneə hesab olunur.
 

 

X

XƏBƏRLƏR
BÖYÜT