Aydın Əliyev Şəkidə vətəndaşları qəbul edib
15:08 – 13 Oktyabr, 2017

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Şəkidə vətəndaşları qəbul edib.

 

APA TV-nin məlumatına görə, qəbulda Şəki, Qax, Zaqatala və Balakən rayonlarının sakinlərinin müraciətləri dinlənilib.

 

Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub. Qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib. Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həllini tapıb.

 

Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

X

XƏBƏRLƏR
BÖYÜT