Bakı-Tiflis-Qars dəmir yolu oktyabrın 30-da açılacaq
15:28 – 13 Oktyabr, 2017

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-də Dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib. 

 

APA TV-nin məlumatına görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov tədbir iştirakçılarını 13 oktyabr - Dəmir yolu işçilərinin peşə bayramı günü münasibətilə təbrik edib.

 

Sonra “Azərbaycan Dəmir Yolları”nın bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan prezidenti İlham Əliyevin 12 oktyabr 2017-ci ildə imzaladığı sərəncamlar oxunub.

 

C.Qurbanov bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və prezident  İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirib, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olub: “Ümummilli liderimiz Heydər Əliyev ölkənin siyasi rəhbərliyində olduğu bütün dövrlərdə polad magistralın inkişafına daim qayğı göstərib”. 

 

Cavid Qurbanov Bakı-Tiflis-Qars dəmir yolu layihəsi barədə də məlumat verib: "Oktyabrın 30-da dövlət başçılarının iştirakı ilə bu yolun yük qatarlarının  hərəkətinin açılışı olacaq. Sərnişindaşıma gələn il fəaliyyətə başlayacaq. Çünki ondan ötrü "Ştarle" firmasına 30-a yaxın xüsusi vaqonlar sifariş edilib".

 

Sonra bir qrup dəmiryolçuya yeni mənzillərin açarları, “Fəxrı dəmiryolçu” döş nişanı və bayram hədiyyələri təqdim olunub.

X

XƏBƏRLƏR
BÖYÜT