Bərzani Kərkükə 6 min döyüşçü göndərir
15:58 – 13 Oktyabr, 2017

"Kürd muxtariyyəti İraq mərkəzi hakimiyyətindən yönələn təhlükənin qarşısını almaq üçün Kərkük bölgəsinə 6000 döyüşçü göndərir. Əsas məqsəd İraq hökumətinin mümkün hücum planının qarşısını almaqdır".

 

APA TV-nin "Telegraph"a istinadən xəbərinə görə, bu açıqlamanı muxtariyyətin vitse-prezidenti Korsat Rəsul verib.

 

O bildirib ki, həmin əsgərlərdən bir qrupu artıq bölgədədir, qalan hissəsi isə 12 oktyabrdan etibarən göndərilməyə başlanılıb.

 

Bu arada İraq mərkəzi hökuməti 25 sentyabr "müstəqillik referendumu"ndan sonra Kürdüstanın təcridi prosesinə başlayıb. Baş nazir Heydər əl-Abadi isə bölgəyə hərbi, yaxud hər hansı digər üsulla müdaxilə edilməyəcəyini, sadəcə, cari tədbirlərlə kifayətlənəcəklərini açıqlayıb.

 

Qeyd edək ki, İraq konstitusiyasına görə, Kərkük Bağdadla muxtariyyət arasında mübahisəli ərazi olaraq göstərilir. Bölgənin İŞİD terror təşkilatından təmizlənməsi prosesində peşmərgə qüvvələri Kərkük vilayətinə nəzarət etməyə başlayıb. Vilayət əhalisinin əsas hissəsini kürdlər, türkmənlər və ərəblər təşkil edir.

X

XƏBƏRLƏR
BÖYÜT