3 gün öncə həbsdən çıxan tanınmış müğənnimiz CANLI YAYIMA GƏLDİ
16:36 – 17 Oktyabr, 2017

Sənətçilər problemlərlə necə mübarizə aparırlar?Şəxsi həyatda üzləşdikləri çətinliklər onların işinə necə təsir edir? Xoşagəlməz hadisələr cəmiyyətin onlara münasibətini dəyişirmi? APA TV-nin "Showtime" layihəsini növbəti buraxılışında bu suallar ətrafında maraq müzakirə aparılıb.

 

Xalq artisti Arif Quliyev deyib ki, bir neçə gün öncə iştirakçısı olduğu "Maşın şou"-nu tərk etməsi ilə əlaqədar barəsində gəzən söz-söhbətlər doğru deyil. O oyunu səhhətində yaranan problemlərə görə tərk etdiyini deyib: "Vüsalə Kərimovaya böyük hörmətim var, Mənə elə gəlir ki, maşını da o aparacaq".

 

"Maşın şou"-nun digər iştirakçısı müğənni Nazim Pişyari isə özündən asılı olmadan əllərini maşından çəkdiyini deyib: "Amma bu tamaşaçıların və operatorların gözündən qaçmadı və Murad müəllim məni oyundan uzaqlaşdırdı".  Müğənni iddia edir ki, "Maşın şou"-da çox düzgün və real oyun var: "Kim deyir ki, ssenari üzərində qurulub, saxta səsvermələr var, onlar hamısı yanlışdır. Həmkarım Samirə xanımın Murad Dadaşovu səsləri saxtalaşdırmaqda ittiham etməsi xoşuma gəlmədi. Murad Dadaşov müdaxilə edə bilməz".  

 

Müğənni deyib ki, Talıb Talehi oyundan kənarlaşdırmaq niyyəti olub: "Əvvəla mən o insanı tanımıram. İkincisi də o çox güclü bir rəqibdir. Bu oyun da rəqabət üstündə qurulub. Mən onu çıxarmasam, o məni çıxaracaqdı".

 

Verilişdə mahnı ifa edən Arif Quliyev deyib ki, müğənni kimi toya dəvət etsələr, dəvəti qəbul edər: "Belə də mən neçə ildir toylara gedirəm, heç vaxt qiymət deməmişəm".

 

Müğənni Nazimin sözlərinə görə bu gün televiziya ikinci plana keçib: "Sosial şəbəkələr o qədər aktivdir ki, bu gün bir insanın izləyicisi yüz minlərlə ola bilər. Televiziyaya əlçatmaz olan insanın "İnstagram"da yüz minlərlə izləyicisi var. Məsələn Talıb Taleh internetlə populyarlaşan müğənnidir. Bəlkə də onun üçün Azərbaycan televiziyalarının harada yerləşməsi maraqlı deyil. Küçədə özlərini telefonla çəkib yerləşdirirlər".

 

Verilişin sürpriz qonağı, həbsxanadan yenicə çıxmış Maral Tahirqızı həbs edilməsi ilə bağlı məqamları açıqlayıb: "20 manatın üstündə olub. Vəliyeva Esmira Şirzad qızı salonda işləyir. Mən həmin vaxt foto sessiyada olmuşam. Saysız-hesabsız zənglə edərək deyib ki, sizə gəlmək istəyirəm. Evə gəldiyim zaman gördüm ki, liftin qarşısında dayanıb. Üzüm gəlmədi buna çıx get. Mən onun hansı hisslərlə mənim evimə gəldiyimi bilmirdim. Evə dəvət etdim. Gördüm arxadan bir qadın gəlir. Soruşdum ki, bu qadın kimdir? Dedi ki, mənimlə birlikdə estetik klinikaya gəlib. İçəri keçdik. Mənim də başım telefondakı fotolara qarışmışdı. Bir də onu gördüm ki, dərhal qapı açıldı, otağa adamlar doluşdu. Dedim ay qardaş siz kimsiniz? Dedilər səsini çıxarma. Soruşdular bu qadınlar kimdir? Dedim xəbərim yoxdur. Demək olar ki, bu şərdir".  Onun sözlərinə görə qadınlar evə girib şəkil çəkiblər: "Çox müəmmalıdır. Soruşdum Esmira qapını kim açdı? Dedi mən qapını açıb çıxmağa hazırlaşırdım ki, bunlar içəri girdilər. Bunlar evə giriblərsə, niyə hay-küy salmamışsan?"

 

Maral Tahirqızı şəxsi həyatından da danışıb: "16 yaşında ailə qurmuşam. 2-3 il ailəli olmuşam, sonra ayrılmışam. Bakıya gəlib oxumuşam. İlk işim operatorluq, anbardar, kadrlar şöbəsində, nazirlikdə iqtisadiyyat şöbəsində işləmişəm".

 

Maral Tahirqızının sözlərinə görə bəzi adamlar müğənnilərə ləkə yaxmaqla məşğuldurlar: "Yaxşı olar ki, həmin adamlar özlərinin kim olduğuna baxsınlar. Bəzi adamlar sual verir ki, evi necə almışsan? Mənim bir otaqlı mənzilim var. Mən işlədiyim yerdən ev almışam. Onu satıb ev və maşın almışam. Müğənnilikdən əvvəl məni ticarətçi kimi tanıyırdılar. Məni orada demək olar ki, hamı tanıyırdı".

 

M.Tahirqızı həmçinin sənətini davam etdirəcəyini deyib və canlı ifa təqdim edib. Müğənni Nazim isə onun ifasında qüsurların olduğunu deyib.

      

 

  

X

XƏBƏRLƏR
BÖYÜT