Bakı Metropolitenində hansı yeniliklər gözlənilir?
18:07 – 17 Oktyabr, 2017

Düz 50 il əvvəl, 1967-ci ilin oktyabrın 16-da Bakı metrosunda ilk qatar xəttə çıxıb. 3 vaqondan ibarət olan qatar sınaq məqsədi daşıyıb. 05:05-də depodan çıxan sınaq qatarı "Nəriman Nərimanov, "Gənclik, "28 May", "Sahil"stansiyalarından keçməklə indiki "İçərişəhər" stansiyasında dayanıb. Sınaq qatarının sürəti 15 km/saat olub. İlk sınaq qatarının xəttə buraxıldığı vaxtdan indiyədək Bakı metropolitenində, konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilib.  Görülən işlər nəticəsində Bakıda metropoliten xətlərinin uzunluğu 36,6 kilometrə, xətlərinin sayı 3- ə, stansiyalarının sayı 25-ə çatıb. 2030-cu ildə isə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 km-ə, stansiyalarının sayının isə 76-ya çatdırılması nəzərdə tutulur. Bakı metropolitenində daha hansı yeniliklər gözlənilir? Apa TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu suallara aydınlıq gətirilib.  

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib ki, hazırda ən böyük təmi işləri "Sahil" stansiyasında gedir: "Çünki 50 illik istifadə müddətində ekskalatorların istismar müddəti bitmişdi. Üç ekskalatorun yerinə 4 müasir ekskalator quraşdırırıq. O cümlədən "Bakmil" stansiyasında da təmir bərpa işləri aparılır".  N.Paşayev hazırda Həz Aslanov 2 stansiyasının inşa olunduğunu deyib: "Xətai stansiyasından Nobel prospekti boyunca keçməklə, Həzi Aslanov 2 stansiyasına gedəcək xəttin, yəni yaşıl xəttin davamı layihəsidir. Nobel prospekti boyunca üç stansiya inşa ediləcək. Həmçinin bənövşəyi xətt üzrə 3-cü stansiyasının tikintisi davam etdirilir". Metropoliten rəsmisinin sözlərinə görə gələcəkdə yaşıl xəttin dairəvi xəttə çevrilməsi nəzərdə tutulub. 

Nəsimi Paşayev deyib ki, "Sahil" stansiyasının təmirə bağlanmas sərnişin sayının azalmasına təsir etsə də, "İçəri Şəhər" stansiyasının sərnişinlərinin sayında müşahidə edilir. Qurum rəsmisi "Xətai" stansiyasında da təmir işlərinin aparılacağını deyib.

Nəsimi Paşayev sözlərinə görə qatarların əsaslı təmiri sexinin inşası yekunlaşmaq üzrədir: "Orada qatarların bütün detalları artıq təmir ediləcək. Gələcəkdə Bakı şəhərində vaqon istehsalı üzrə hər hansı müəssisə yaradıla bilər". Nəsimi Paşayev onu da əlavə edib ki, depo ərazisində sınaq yolunun inşasının yekunlaşmaq ərəfəsindədir.

""Xətai" ilə "Həzi Aslanov" arasında 3 stansiyanı tikib təhvil verməklə xətti təhvil versək, təbii ki, heç kim Koroğlu stansiyasına getmək istəməyəcək. Bu nəyə gətirib çıxarır? Bir xətt üzrə sərnişin xəttini azaltmış olur" - Nəsimi Paşayev belə deyib. Onun sözlərinə görə qatarlar arasında intervar digər ölkələrlə müqayisədə böyük deyil: "Bizdə ona görə çox görünür ki, sərnişin həddindən artıq çoxdur".

Nəsimi Paşayev deyib ki, Bakı Metropoliteninin qaynar xətti olmasa da, bütün şikayətlərə hətta sosial şəbəkələrdə belə operativ şəkildə reaksiya verilir.    

Maşinistlərin sağlamlıq vəziyyətinə toxunan Nəsimi Paşayevin sözlərinə görə bütün maşinistlər hər gün tibbi yoxlamadan keçirlər: "Gündəlik həkim nəzarətindən keçməyən maşinist xəttə buraxılmır". 

 

X

XƏBƏRLƏR
BÖYÜT